Haqqımızda
Kompleks Xidmətlər vasitəsilə neft və qaz hasilatının artırılması
Arlitech neft-qaz sektorunda fəaliyyət göstərən şirkətdir. Şirkətin xidmətlərini üç əsas kateqoriyaya bölmək olar: -hasilatın artırılması, -quyuların tamamlanması və mənimsənilməsi, -avadanlıq, mexanizm və alətlərin təminatı. Şirkətin əsas məqsədi neft hasilatının artırılması üçün innovativ stimullaşdırma işləri aparmaqdır. Bu məqsədə çatmaq üçün şirkət qalıq neftin üzvi yolla çıxarılması üsulları, fiziki-kimyəvi təsir metodlarının tətbiqi, iki layın birgə istismarı texnologiyalarının həyata keçirilməsi, rezervuara təsir üsulları xidmətlərilə yanaşı, quyuların hasilat ömrünü uzatmaq üçün qəza tutma alətlərinin və komponentlərin seçilməsi və yığılması, hər bir quyu üçün pakerlərin individual seçimi, hasilatı artırmaq üçün quyuların müxtəlif növ izolyasiya texnologiyaları xidmətlərinin və avadanlıqlarının təklifi, hasilatın optimallaşdırılması üçün müxtəlif növ dərinlik nasosları və s. kimi avadanlıqların təchizatı xidmətini də təqdim etməkdədir. İnnovasiya və təcrübəyə əsaslanaraq, Arlitech neft və qaz şirkətlərinə hasilat hədəflərinə çatmaqda və səmərəliliyi artırmaqda analoqu olmayan xidmətləri təklif edir.
Əlavə məlumat almaq istəyirsiniz?
Biz nə edirik?
Fiziki və kimyəvi təsir üsulundan istifadə etməklə neft hasilatının artırılması
Bu tətbiq, müxtəlif fiziki və kimyəvi təsir üsullarını tətbiq etməklə neft hasilatının artırılmasına istinad edir. Bu metod özündə layların hidravlik yarılması, turşu ilə işlənmə və kimyəvi maddələrin laya basılması üsullarını özündə ehtiva edir.
Qaıq neftin üzvi yolla
çıxarılması
Bu metod, rezervuarda tam tükənməmiş olan qalıq neftin çıxarıla bilməsini əhatə edir. Məqsəd qabaqcıl metdoları tətbiq edərək, qalıq neftin çıxarıla bilmə əmsalını artırmaqdır.
THERMO SET®
Thermo-Setting Technology for Well Integrity , Drilling Efficiency